GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycan-İran münasibətlərində müsbət dinamikanın hiss olunması.

İki ölkənin rəsmiləri arasında diplomatik təmasların artmasına, münasibətlərdə soyuqluğun tədricən aradan qalxmasına dair təhlil.

2. Ermənistan Prezidenti Prezidenti Vahaqn Xaçaturyanın Zəngəzur Dəhlizinin Ermənistan üçün əhəmiyyəti barədə açıqlaması

Ermənistan hakimiyyətinin əvvəl-axır bu dəhlizin açılmasına razılıq vermək məcburiyyətində qalması, daxili ictimai rəyin bu prosesə hazırlanması barədə təhlil.   

3. ABŞ Prezidenti D.Trampın Rusiyaya avqustun 8-dək vaxt verməsi.

ABŞ Prezidenti Donald Trampın avqustun 8-dək Ukraynaya qarşı müharibənin dayandırılması ilə bağlı razılığın əldə olunmayacağı təqdirdə Rusiyanı sanksiyalarla hədələməsi mövzusunda təhlil

4. Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Ayvazovskinin büstünün sökülməsi məsələsinə dair qərəzli açıqlaması

Erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılmasının qanunsuz olması ilə bağlı şərh.

5. Ermənistanın mina terrorunun davam etməsi

Kəlbəcərdə itin minaya düşməsi fonunda Ermənistanın mina terrorunun təkcə insanlığa deyil, flora və faunaya da təhdid olması, Prezidentin köməkçisi Hikmət Hacıyevin bununla bağlı açıqlaması mövzusunda şərh.