GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq

Çinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Sun Çjun Çinin ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri barədə səsləndirdiyi fikirləri əsasında təhlil.

2. Ermənistan Ordusunun Cermuk istiqamətində yerləşən postunun guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən tutulması ilə bağlı bu ölkənin mətbuatında və sosial şəbəkə seqmentində yayılan informasiyaların əsassızlığı

Ermənistanda sülhə qarşı olan qüvvələrin fəallaşması, bu informasiyaların beynəlxalq arenada Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa xidmət etməsi, etimad quruculuğuna zərbə vurması mövzusunda şərh.

3. Azərbaycanın turizm cəlbedeciliyinin artımı

Dövlət Statistika Komitəsinin ilin ötən dövründə ölkəyə turist axınının artmı barədə məlumatları, bu sahədə həyata keçirilən islahatların səmərəli nəticələri ilə bağlı təhlil.

4. “Rossiya – 1” telekanalının aparıcısı Vladimir Solovyovun Azərbaycana qarşı qərəz və iftira kampaniyasını davam etdirməsi

Bu kampaniyanın sistemli və davamlı xarakter daşıması, Rusiya-Azərbaycan münasibətlərini daha da pisləşdirmək məqsədinə xidmət etməsi, onun Moskvanın müəyyən rəsmi şəxsləri tərəfindən idarə olunması.

5. Ermənistanda kənd təsərrüfatının tənəzzülü

Ermənistanda aparılan iqtisadi islahatların səmərəsiz olması, müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatında geriləmənin əhalinin sosial vəziyyətini daha da pisləşdirməsi barədə şərh.