
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycanın Türkiyədə keçirilən IDEF-25 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirakının əhəmiyyəti
Azərbaycanın bu beynəlxalq əməkdaşlığı, eləcə də TDT ölkələri ilə müdafiə sənayesi sahəsində reallaşdırdığı layihələrə dair şərhlər
2. İstanbul danışıqlarının üçüncü raundunda Ukrayna tərəfinin avqustun sonuna qədər Vladimir Putin və Volodimir Zelenski arasında görüş keçirməyi təklif etməsi
İki ölkə arasında Türkiyənin vasitəçiliyi ilə aparılan danışıqların mümkün nəticələri ilə bağlı təhlil.
3. Azərbaycan-Gürcüstan münasibətlərinin intensiv inkişafı
Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun bu ölkəyə səfəri, keçirdiyi yüksək səviyyəli görüşlər, Gürcüstanın xarici işlər naziri Maka Botçorişvilinin ölkəmizlə bağlı müsbət fikirləri əsasında yazılar.
4. ABŞ Prezidenti Donald Trampın süni intellektlə bağlı fərmanları
Birləşmiş Ştatların hazırda süni intellekt sahəsində Çinlə rəqabətdə üstünlüyü ələ alması, liderliyi qoruyub saxlamaq istəyi, gələcək inkişafın bu sahədə asılı olması ilə bağlı təhlil.
5. Paşinyanın anti-Rusiya addımlarının intensiv xarakter alması
İki ölkə arasında münasibətlərin gərgin olaraq qalması, İrəvanın Moskvanın iqtisadi-siyasi təsirindən çıxmaq istiqamətində addımları genişləndirməsi barədə şərh.