
Günəşdəki koronal dəliklərlə əlaqədar iyulun 23 və 24 tarixlərində Yerdə zəif maqnit qasırğası gözlənilir.
Bu barədə Rusiyanın Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası öz “Telegram” kanalında məlumat yayıb.
“Sabah – çərşənbə günü ərzində, nisbətən uzunmüddətli geomaqnit qasırğalarının baş verməsi mümkündür, pik nöqtəsində isə birinci – minimal səviyyəli zəif maqnit qasırğası qeydə alına bilər. 24 iyul, cümə axşamı günü də maqnit qasırğalarının baş vermə ehtimalı yüksək olaraq qalır”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, maqnit qasırğalarının səbəbi hazırda təxminən Günəş–Yer xətti üzərində yerləşən orta ölçülü tac dəliyidir.