
Media Təhlil Mərkəzinin Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi.
Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamı, III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri və paylaşımı əsasında təhlil.
2. Xankəndidə keçirilən III Qlobal Şuşa Forumunun əhəmiyyəti.
Forumun gedişi və nəticələri fonunda Azərbaycan diplomatiyası və xarici siyasətinin uğurları, Ermənistan üzərində təbliğati-siyasi üstünlüyü mövzusunda şərh.
3. Prezident İlham Əliyevin Azərbaycanın yaşıl enerji strategiyası ilə bağlı fikirləri.
Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyətin dünyada təbliği, ölkəmizin bu sahədəki strateji hədəfləri mövzusunda təhlil.
4. ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevin ABŞ-la bağlı fikirlərinə dair paylaşımı.
Bu paylaşım fonunda ABŞ-Azərbaycan münasibətlərindəki gərginliyin tam aradan qalxması və yenidən strateji xarakter alması, bu ölkənin sülh prosesinə töhfələri mövzusunda təhlil.
5. Ermənistanın hakim partiyasında kilsə mövsu ilə bağlı yaranmış fikir ayrılığı.
Nikol Paşinyan hakimiyyətində kilsə ilə mübarizədə yaranan fikir ayrılıqlarının mümkün nəticələrinə dair şərh.