PAYTAXTIN DAHA 3 ÜNVANINDA MİNİB-DÜŞMƏ YERİ YARADILIB

AYNA tərəfindən daha 3 ünvanda minib-düşmə yeri yaradılıb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, minib-düşmə yerləri Neftçilər və Bülbül prospektlərinin kəsişməsində Bakı Biznes Mərkəzinin yaxınlığında, Zivərbəy Əhmədbəyov və Əlibəy Hüseynzadə küçələrinin kəsişməsinin yaxınlığında, 8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsinin (Blue Mall) yaxınlığında (üzü mərkəz istiqamətində) yerləşir.

Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir

Paytaxtın daha 3 ünvanında minib-düşmə yeri yaradılıb (FOTO)

Paytaxtın daha 3 ünvanında minib-düşmə yeri yaradılıb (FOTO)

Paytaxtın daha 3 ünvanında minib-düşmə yeri yaradılıb (FOTO)