
Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında bu gün Azərbaycan təmsilçiləri beş idman növündə mübarizə aparacaqlar.
İdmançılarımız stolüstü tennis, taekvondo, üzgüçülük, çimərlik voleybolu və atletika yarışlarında qüvvələrini sınayacaqlar.
Hazırda Azərbaycanın aktivində üç medal var. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası iki qızıl və bir gümüş medal qazanaraq medal sıralamasında ölkəmizə ilk uğurları gətirib.
Yarışlar iyulun sonunadək davam edəcək.