Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəal şəkildə işləyir və regionda sabitliyin ciddi təminatıdır.
Bunu Rusiya prezidenti Vladimir Putin Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.
V.Putin bildirib ki, Türkiyənin Qarabağdakı vəziyyətə təsiri regionda sülhə xidmət edir: “Birgə əməkdaşlıq sabitliyin və tərəflərin sülhə yönəlmiş növbəti addımlarının razılaşdırılmasının ciddi təminatıdır”.