AZƏRBAYCAN KURSANTLARI TÜRKİYƏ MİLLİ MÜDAFİƏ UNİVERSİTETİNDƏ HAZIRLIQ PROQRAMINDA İŞTİRAK EDİRLƏR

Azərbaycandan olan kursantlar Türkiyənin Milli Müdafiə Universitetinin Hərbi Dənizçilik Məktəbinin tələbələrinin bacarıqlarının artırılması proqramında iştirak edirlər.

Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib ki, proqramın iştirakçıları, o cümlədən Azərbaycan və Tunisdən olan kursantlar “TCG Sancaktar” hərbi gəmisinin göyərtəsində təlim keçirlər.

Qardaş ölkənin müdafiə nazirliyi qeyd edib: “Açıq dənizə çıxış avqustun 15-dək davam edəcək. Proqram çərçivəsində Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Şimali Kipr Türk Cümhuriyyəti, Misir, Albaniya və Malta limanlarına da səfər etməyi planlaşdırır”.

Diqqətə çatdırılıb ki, iyulun 8-dən 14-dək həyata keçirilən bu proqramın iştirakçıları (Türkiyə Milli Müdafiə Universitetinin 244 tələbəsi və dost ölkələrdən 53 kursant) “Dəniz hazırlığı” kursunu bitiriblər.