
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri
Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişafına, bu ölkənin Qarabağda həyata keçirilən layihələrə dəstəyinə dair təhlil.
2. Bu gündən Azərbaycanla Çin arasında rəsmi çəkildə viza rejiminin ləğv edilməsi
Bu qərarın iki ölkə arasında münasibətlərin inkişafına, turizm və qarşılıqlı əmtəə dövriyyəsinin artımına təsiri ilə bağlı təhlil.
3. Avropa İttifaqı Ermənistan münasibətləri
Avropa Şurasının prezidenti Antoniu Koşta, Avropa Komissiyasının prezidenti Ursula fon der Laien və Ermənistanın Baş naziri arasında görüşdə əldə olunmuş razılıqlaşmalarla əlaqədar şərh.
4. Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ separatçı rejiminin rəhbərlərindən olmuş Ruben Vardanyanla bağlı ABŞ Prezidenti Donald Trampa müraciət ünvanlamaqdan imtina etməsi
Qarabağ separatçılarının əsassız iddialarının nəinki beynəlxalq arenada, hətta Ermənistanın özündə belə qeyri-ciddi qarşılanması, dəstəklənməməsi barədə şərh.
5. İranın Azərbaycan-Pakistan münasibətlərinin dinamik inkişafından əsassız narahatlığı
İran rəhbəri Əli Xamneyinin müşaviri Əli Əkbər Vilayətinin Pakistanın İranda səfərdə olan daxili işlər naziri Seyyid Möhsün Nəqəvi ilə görüşdə ölkəmiz əleyhinə səsləndirdiyi əsassız iddialarla bağlı təhlil.