AZƏRBAYCAN ORDUSUNUN ATƏŞİ NƏTİCƏSİNDƏ GUYA ERMƏNİSTAN HƏRBİÇİSİNİN YARALANMASI HƏQİQƏTƏ UYĞUN DEYİL – MN

Azərbaycan Ordusunun atəşi nəticəsində guya Ermənistan hərbiçisinin yaralanması həqiqətə uyğun deyil

Müdafiə Nazirliyindən bildirilib ki, sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

Qeyd edək ki, bu gün Ermənistan KİV-ində guya Azərbaycan Ordusunun Ermənistan istiqamətində atəş açdığı və atəş nəticəsində bir erməni hərbçisinin yaralanması barədə məlumatlar yayılmışdı.