
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycan beynəlxalq dialoq məkanı kimi
Suriya və İsrail rəsmilərinin Prezident Əhməd əş-Şaraanın Azərbaycana səfəri çərçivəsində Bakıda görüşü, bundan əvvəl də müxtəlif tərəflər arasında ölkəmziin ev sahibliyi etdiyi dialoqlar kontekstində mövzunun şərhi.
2. Azərbaycanın Yaxın Şərqdə nüfuz və mövqeyinin güclənməsi
Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın Azərbaycana səfəri, keçirdiyi görüşlər, bunun Azərbaycanın Yaxın Şərqdə nüfuz və mövqeyinin güclənməsinə təsiri fonunda mövzunun şərhi.
3. Azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinin sürətlənməsi
Mövzunun Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanının yola salınması, ümumən isə son aylarda Böyük Qayıdış prosesinin daha da sürətlənməsi kontekstində şərhi.
4. Qarabağı tərk edən ermənilərin Ermənistan daxilində yaratdığı problemlər
Qarabağı tərk edən ermənilərin yeni etiraz aksiyaları, Ermənistan daxilində təhdid və problem mənbəyinə çevrilmələri, müəyyən siyasi qüvvələrin əlində hakimiyyətə təsir vasitəsi olaraq istifadə edilmələri fonunda mövzunun şərhi.
5. Avropa İttifaqı və Gürcüstan münasibətlərindəki gərginlik
Avropa İttifaqı və Avropanın 17 ölkəsinin nümayəndələrinin Gürcüstan əleyhinə son bəyanatı, bunun ölkənin daxili işlərinə müdaxilə cəhdinin daha bir təzahürü olması, Avropa İttifaqının digər hədəf ölkələrə də eyni münasibət sərgiləməsi fonunda mövzunun şərhi.