
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşünün nəticələri
Əbu-Dabidə Azərbaycan və Ermənistan liderləri arasında baş tutan görüşdə tərəflər sülh danışıqlarının davam etdirilməsinə razılaşıblar. Görüşdə delimitasiya, kommunikasiya xətlərinin açılması və qarşılıqlı etimad tədbirləri müzakirə edilib.
2. Erməni müxalifətinin Əbu-Dabi görüşünə reaksiyası
Erməni müxalifəti Paşinyanın Əbu-Dabi görüşünü ölkə maraqlarına zidd addım kimi qiymətləndirib. Onlar bu cür danışıqların parlament və cəmiyyətin iştirakı olmadan aparılmasını tənqid edərək, Paşinyanı Azərbaycanın şərtlərini qəbul etməkdə ittiham ediblər. Müxalifət yeni aksiyalara hazırlaşır.
3. Ukraynaya göndərilən Amerika silahlarının maliyyəsini NATO müttəfiqləri ödəyəcək
ABŞ Ukraynaya hərbi dəstəyi davam etdirmək məqsədilə yeni mexanizm təklif edib. Bu çərçivədə göndəriləcək silahların maliyyəsinin bir hissəsi NATO müttəfiqləri tərəfindən ödənəcək. Qərar ABŞ-nin hərbi yükünü bölüşmək və dəstəyin uzunmüddətli olmasını təmin etmək məqsədi daşıyır.
4. ABŞ Kanada məhsullarına 35% rüsum tətbiq edəcək
ABŞ administrasiyası müəyyən Kanada məhsullarına, xüsusən polad və alüminiuma qarşı 35%-lik əlavə rüsum tətbiq edəcəyini açıqlayıb. Bu addım ticarət balansını qorumaq və daxili sənayeni müdafiə etmək məqsədilə atılıb. Kanada tərəfi qərarı “ədalətsiz və zərərli” adlandırıb.
5. İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər
İsrail diplomatik münasibətləri genişləndirmək məqsədilə bir neçə ərəb dövləti ilə sülh sazişi imzalamağa hazırlaşır. Məlumata görə, Səudiyyə Ərəbistanı, Oman və İndoneziya ilə danışıqlar yekun mərhələdədir. Bu addım “İbrahim razılaşmaları”nın davamı kimi qiymətləndirilir.