
Ölkəmizdə Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan-2025” birgə taktiki-uçuş təlimi başlayıb.
Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, təlimin açılış mərasimində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Mərasimdə çıxış edən təlim rəhbərləri iştirakçılara uğurlar arzulayaraq, keçirilən birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığının möhkəmləndirilməsində bu təlimin xüsusi rola malik olduğu bildirilib.
Daha sonra ssenariyə uyğun olaraq, şəxsi heyət qarşıya qoyulan tapşırıqların mərhələlər üzrə icrasına başlayıb.
Qeyd edək ki, birgə təlim iyulun 10-dək davam edəcək.





