YAĞINTI VƏ KÜLƏK DAVAM EDİR – FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin iyulun 8-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Xidmətdən bildirilib ki, düşən yağıntının miqdarı Şəki, Xaltan, Balakən, Şamaxı, Qobustan, Qusar, Altıağac, İsmayıllı, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Lerik, Astarada 4, Bakıda və Abşeron yarımadasında 2 millimetrədək qeydə alınıb.

Şimal-şərq küləyinin maksimal sürəti saniyədə Culfa, Şahbuzda 20, Bakıda və Abşeron yarımadasında isə 15 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında 31, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti qeydə alınıb.