GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə qəbul edilən Xankəndi kommunikesi

İƏT-in Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə üzv ölkələr əməkdaşlığı gücləndirməyə dair geniş sənəd – Xankəndi kommunikesini qəbul ediblər. Kommunikedə regional iqtisadi inteqrasiya, ticarət dövriyyəsinin artırılması, enerji layihələri və nəqliyyat dəhlizlərinin inkişafı prioritet elan olunub.

2. Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi açıqlaması

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Zəngəzur dəhlizinin açılması region üçün strateji əhəmiyyət daşıyır və bu məsələ Ankaranın əsas prioritetlərindən biridir. O, Ermənistanın layihəyə mane olmamasının vacibliyini vurğulayıb və Azərbaycanın mövqeyini dəstəklədiyini bəyan edib.

3. Ermənistan konstitusiya dəyişikliyinə hazırlaşır

Ermənistan hökuməti Konstitusiyanın dəyişdirilməsi ilə bağlı hazırlıqlara start verib. İslahat təşəbbüsü baş nazir Nikol Paşinyanın siyasi kursuna uyğun olaraq idarəetmə modelində və dövlətin əsas prinsiplərində dəyişikliklər etməyi nəzərdə tutur. Müxalifət bu planları hakimiyyətin möhkəmləndirilməsi cəhdi kimi qiymətləndirir.

4. İlan Mask yeni partiya yaradır

Milyarder iş adamı İlon Mask ABŞ-da yeni siyasi partiya quracağını açıqlayıb. O, mövcud sistemdən narazılığını bildirərək texnologiya, fərdi azadlıqlar və sərbəst bazar iqtisadiyyatını müdafiə edən platforma formalaşdırmağı hədəfləyir. Yeni partiyanın detalları yaxın aylarda ictimaiyyətə təqdim ediləcək.

5. Tramp Putinlə danışığından məyus olub

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə son telefon söhbətindən narazı qalıb. Tramp bəyan edib ki, Moskvanın Ukrayna mövzusundakı mövqeyi və kompromisə yanaşmaması onu məyus edib.