AZƏRBAYCAN VƏ BELÇİKA ARASINDA MİNA TƏHLÜKƏSİ İLƏ MÜBARİZƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ İMKANLARI MÜZAKİRƏ EDİLİB

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon ilə görüş keçirib.

Bu barədə Minatəmizləmə Agentliyi məlumat yayıb.

Görüş zamanı Qarabağ və Şərqi Zəngəzurda icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə qonağa məlumat verilib.

Görüşdə, iki ölkə arasında mina təhlükəsi ilə mübarizə sahəsində gələcək əməkdaşlıq imkanları, minaaxtaran itlər üzrə təlim proqramlarının və təcrübə mübadiləsinin təşkili, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan və Belçika arasında mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)