GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü, əhəmiyyəti və nəticələri

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci sammiti, əhəmiyyəti və nəticələri kontekstində mövzunun şərhi.

2. Qarabağın, Şərqi Zəngəzurun bərpasında qardaş ölkələrin dəstəyi

Prezident İlham Əliyevin Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında sakinlərlə görüşü zamanı Qarabağın, Şərqi Zəngəzurun bərpasında qardaş ölkələrin dəstəyi ilə bağlı səsləndirdiyi fikirlər fonunda mövzunun şərhi.

3. Azərbaycan-Rusiya münasibətlərində yaranmış gərginliyin iqtisadi əlaqələrə təsiri

Mövzunun Azərbaycan-Rusiya münasibətlərində yaranmış gərginliyin iqtisadi əlaqələrə, transmilli layihələrə mümkün təsiri,  bundan kimin daha çox zərər görə biləcəyi kontekstində  şərhi.

4.  İşğaldan azad edilən ərazilərin beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci sammiti, bundan əvvəl Şuşada, Laçında, Ağdamda baş tutan beynəlxalq xarakterli tədbirlər fonunda mövzunun şərhi.

5. Ermənistanda hakimiyyət-kilsə qarşıdurmasının kəskinləşməsi

 Ermənistanın baş naziri Nikol Paşinyanın  bütün ermənilərin yeni katolikosunun seçilməsi üçün növbədənkənar seçkilər keçirilməsi təklifi, hakimiyyətin devrilməsi keşişlərin tədricən səfərbər olması fonunda mövzunun şərhi.