KOLUMBİYADA GÖYDƏLƏN AZƏRBAYCAN BAYRAĞININ RƏNGLƏRİNƏ BÜRÜNÜB

Kolumbiyanın paytaxtı Boqota şəhərində məşhur “Colpatria” binası 27 Sentyabr – Anım günü münasibətilə Azərbaycan bayrağının rənglərinə bürünüb.

Bu barədə Azərbaycanın Kolumbiyadakı səfiri Məmməd Talıbov “Twitter” səhifəsində yazıb.

Binanın üzərində “27 sentyabr – Azərbaycan qəhrəmanlarını xatırlayır” sözləri işıqlandırılıb.

“Colpatria” göydələni Kolumbiyada dördüncü ən hündür binadır.

Qeyd edək ki, sentyabrın 27-də Azərbaycanda İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə Anım günü qeyd edilib.