GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycan-Ukrayna münasibətləri: mövcud vəziyyət və inkişaf perspektivləri

Mövzunun Prezident İlham Əliyevlə  Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan telefon danışığı, aparılan müzakirələr kontekstində şərhi.

2. Rusiyada azərbaycanlılara qarşı repressiyaların davam etməsi

Rusiya hüquq-mühafizə orqanlarının müxtəlif bəhanələrlə, uydurma ittihamlarla bu ölkədə yaşayan, fəaliyyət göstərən azərbaycanlılara qarşı fəaliyyətinin təhlil edilməsi

3. Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Görüşü

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin keçiriləcək 17-ci sammiti, buna paralel olaraq Ağdamda Gənclər, Şuşada Biznes və Laçında Qadınlar forumlarının keçiriləməsi, bu tədbirlərin Azərbayacana qazandırdığı dividendlərin şərhi və təhlili.

4.  Rusiyada miqrant siyasətinin şovinizm mərhələsinə daxil olması

Rusiyada müxtəlif ölkələrdən, xüsusən də postsovet ölkələrindən olan miqrantlara qarşı polis hücumlarının artması, bu şəxslərin işgəncələrə məruz qalması, zorla Ukraynaya qarşı müharibəyə cəlb olunmasının şərh edilməsi

5. Zəngəzur dəhlizinin açılmasına ABŞ-nin diqqət və marağı

İndiki ABŞ administrasiyanın  Bakıya və İrəvana Azərbaycanı Naxçıvanla Ermənistan ərazisindən birləşdirən yol təklifi təqdim etməsinə dair Karnegi Fondunun yaydığı məlumat əsasında mövzunun təhlili.