AZƏRBAYCANLA ŞİMALİ MAKEDONİYA ARASINDA DİPLOMATİK VƏ XİDMƏTİ PASPORT SAHİBLƏRİNİN VİZA TƏLƏBİNDƏN AZAD EDİLMƏSİ BARƏDƏ SAZİŞ TƏSDİQLƏNİB

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”i təsdiq edib.

Sənədə əsasən, 2025-ci il martın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.