İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ GƏNCLƏR FORUMUNUN NÜMAYƏNDƏ HEYƏTİ AĞDAMA SƏFƏR EDİB

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Gənclər Forumunda iştirak edən nümayəndə heyəti Ağdam şəhərinə yollanıb.

7 ölkədən 100-dən artıq nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olub.

Ekskursiya çərçivəsində qonaqlar Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi və tarixi Ağdam Cümə Məscidini ziyarət ediblər. Nümayəndələr şəhərin keçmişi və yenidən qurulan gələcəyi barədə ətraflı məlumat əldə ediblər.

Səfərin sonunda iştirakçılar üçün ziyafət və Azərbaycan mədəniyyətini əks etdirən mədəni-əyləncəli proqram təşkil olunub.

Qeyd edək ki, İƏT Həftəsi çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu regionda gənclərin regional siyasətdə rolunu artırmaq və onların gələcək nəsillər üçün verdiyi töhfələri tanıtmaq baxımından mühüm platforma olacaq.