AZƏRBAYCANDA DİPLOMATİK PASPORT ƏLDƏ EDƏCƏK SUBYEKTLƏRİN DAİRƏSİ GENİŞLƏNDİRİLİB

Azərbaycanda diplomatik pasport əldə edəcək subyektlərin dairəsi genişləndirilib.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Pasportlar haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, inzibati vəzifələrin birinci təsnifatına aid edilən vəzifələrin təminatlarından istifadə etmək məqsədi ilə “Pasportlar haqqında” təklif edilən dəyişikliklə Prezidentin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinlərini də diplomatik pasportu əldə edə biləcək subyektlərin dairəsinə daxil ediləcəklər.