TÜRKİYƏ PREZİDENTİ ANIM GÜNÜ İLƏ BAĞLI PAYLAŞIM EDİB

Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını azadlığa qovuşduran şanlı mücadilənin başlamasının ildönümündə – Anım Günündə bütün şəhidlərimizi rəhmətlə anıram.
Bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 27 sentyabr – Anım Günü ilə bağlı sosial şəbəkə hesabında etdiyi paylaşımda qeyd olunub.
Türkiyə dövlətinin başçısının paylaşımında “Qarabağ Azərbaycandır!” şüarı da yer alıb.