
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı
Özbəkistan Prezidentinin ölkəmizə gözlənilən səfəri, Bakıda keçirilən lll Azərbaycan-Özbəkistan regionlararası forumu, burada səslənən fikirlər fonunda mövzunun şərhi.
2. Çinlə Azərbaycan arasnda nəqliyyat əlaqələrinin inkişafı.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “Kəmər və Yol” Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı”nın təsdiq edilməsi haqqında Fərmanı əsasında ikitərəfli münasibətlərlə bağlı təhlil
3. Yaxın Şərqdə eskalasiyanın genişlənməsi
Xarici ölkə vətəndaşlarının, diplomatların İranı tərk etməsi, ABŞ-ın İran-İsrail münaqişəsinə mümkün qoşulması və bütün bunların Yaxın Şərqdə eskalasiyanın genişlənməsinə gətirib çıxaracağı fonunda mövzunun şərhi.
4. Ermənistan iqtisadiyyatında çöküş
Mövzunun Ermənistanda iqtisadi geriləmə kontekstində şərhi.
5. Ermənistan baş naziri Nikol Paşinyanın Belarusda keçirilən Avrasiya İqtisadi İttifaqının sammitində iştirak etməməsi
Nikol Paşinyanın Belarusda keçirilən bütün tədbirləri boykot etməsi fonunda iki ölkə arasında münasibətlərində gərginliyin davam etməsi, Ermənistanın Rusiyadan uzaqlaşmaq xəttini davam etdirməsinə dair təhlil.