SABAH HAVA ƏSASƏN YAĞMURSUZ OLACAQ

Azərbaycanda iyunun 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman olacaq. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək, axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcə isti olacaq. Nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz, atmosfer təzyiqi isə 756 millimetr civə sütunu təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-22, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı proqnozlaşdırılır.