
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Prezident İlham Əliyevin Türkiyə səfəri
Dövlət başçısı İlham Əliyevin Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan məhəlləsi”nin açılıında iştirak edəcəyi, iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinin yeni geosiyasi çağırışlar fonunda daha da inkişafı zəruriliyi barədə təhlil.
2. Azərbaycan-Rusiya münasibətlərinin inkişafı
Rusiya Prezidenti Vladimir Putinin Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşündə ölkələrimiz arasında münasibətlərin inkişafı, həyata keçirilən birgə layihələrlə bağlı səsləndirdiyi fikirlər əsasında mövzunun şərhi.
3. İranda radioaktiv çirklənmə
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin İranın Natanz nüvə obyektində qoruyucu perimetr daxilində kiçik radioaktiv çirklənmə aşkar edilməsinə dair verdiyi açıqlama, bunun yaratdığı təhdid, qonşu ölkələrə mümkün təsiri fonunda mövzunun şərhi
4. Enerji resurslarında qiymət artımının inflyasiyaya təsiri
Mövzunun dünya bazarlarında enerji məhsullarının qiymətinin artması, bunun yaratadığı inflyasiya təzyiqi, ölkəmizdə qeyd edilən müstəvidə görülən preventiv tədbirlər kontekstində şərhi.
5. Ermənistan İranı niyə dəstəkləmir?
Ermənistanın özünün “müttəfiq”i adlandırdığı İranı dəstəkləməməsi, bu ölkənin xarici siyasətdə sabit və güvənilən olmaması barədə təhlil.