AZƏRBAYCANDA KEYFİYYƏT İNFORMASİYA SİSTEMİ HAQQINDA ƏSASNAMƏ HAZIRLANACAQ – FƏRMAN

Azərbaycanda keyfiyyət informasiya sistemi haqqında əsasnamə hazırlanacaq.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti altı ay müddətində Keyfiyyət informasiya sistemi haqqında əsasnaməni təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Nazirlər Kabineti Sistemdən istifadə haqqının məbləği, ödənilməsi və ondan istifadə qaydasını da altı ay müddətində təsdiq etməlidir.