MÜDAFİƏ NAZİRİ ÖZBƏKİSTAN TƏHLÜKƏSİZLİK ŞURASININ KATİBİ İLƏ REGİONAL TƏHLÜKƏSİZLİYƏ DAİR GENİŞ MÜZAKİRƏLƏR APARIB

İyunun 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi cnab Viktor Mahmudov ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri qonağı salamlayıb və onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Dövlət başçılarının dostluq münasibətlərinin ölkələrimiz arasında əməkdaşlığa böyük töhfə verdiyini vurğulayan nazir hərbi əlaqələrimizin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

V.Mahmudov öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Qonaq Azərbaycan və Özbəkistan arasında digər istiqamətlərdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini xüsusi vurğulayıb.

Görüşdə regional təhlükəsizliyə dair geniş müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.

Müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə regional təhlükəsizliyə dair geniş müzakirələr aparıb (FOTO)

Müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə regional təhlükəsizliyə dair geniş müzakirələr aparıb (FOTO)