AZƏRBAYCAN-NATO TƏRƏFDAŞLIĞI MÜZAKİRƏ EDİLİB

NATO baş katibinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini Ceyms Appaturaydan Azərbaycan-NATO enerji təhlükəsizliyi dialoqu çərçivəsində Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov ilə görüşüb.

Bu barədə Azərbaycanın NATO yanında nümayəndəliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, söhbət zamanı Azərbaycan-NATO tərəfdaşlığı, Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə verdiyi töhfələr, həmçinin Aİ, yaşıl enerji keçidi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edilib (FOTO)

Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edilib (FOTO)

Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edilib (FOTO)