AZAL YAXIN ŞƏRQDƏ BAŞ VERƏN SON HADİSƏLƏRLƏ ƏLAQƏDAR BİR NEÇƏ REYSİ LƏĞV EDİB

“Azərbaycan Hava Yolları” QSC Yaxın Şərqdə baş verən son hadisələrlə əlaqədar bir neçə reysi ləğv edib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib.

Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun tarixlərinə nəzərdə tutulan aşağıdakı reysləri ləğv edilib:

• Bakı – Təl-Əviv – Bakı

J2 021/022 (13 iyun)

J2 321/322 (13 iyun)

J2 021/022 (14 iyun)

• Bakı – Dubay – Bakı

J2 011/012 (13 iyun)

• Bakı – Tehran – Bakı

J2 8017/8018 (13 iyun)

Uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir.

Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə callcenter@azal.az  elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.