AZƏRBAYCAN VƏ ÇİN ARASINDA VİZA REJİMİ LƏĞV EDİLİB

Azərbaycan və Çin arasında viza rejimi ləğv edilib.

Bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Sənədə əsasən, 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.