GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycanın Avrasiyanın vacib nəqliyyat qovşaqlarından birinə çevrilməsi

Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirləri əsasında şərhlər.

2. İstanbul danışıqları

Türkiyənin Ukrayna-Rusiya danışıqlarında fəal iştirakının əhəmiyyəti, bu prosesin gözlənilən nəticələri barədə təhlillər.

3. Gorusda Ermənistan-Fransa əməkdaşlığına həsr olunmuş beşinci konfrans, tədbir çərçivəsində burada Fransa konsulluğunun açılışı

Fransanın Zəngəzur dəhlizinə nəzarət cəhdləri, bu məsələdə Rusiya ilə toqquşması, İrəvanın Parisin yanında yer alması fonunda mövzunun şərhi.

4. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin 10 illik inkişaf planına daxil edilməsi

Mövzunun Azərbaycanın enerji sahəsində növbəti uğuru fonunda şərhi.

5. Türkiyənin bəzi media qurumlarında İsrail-Azərbaycan münasibətləri ilə əlaqədar adekvat olmayan yazılarla bağlı

Bu qərəzli yazıların Türkiyə dövlətinin, eləcə də cəmiyyətdəki mütləq çoxluğun mövqeyini əks etdirməməməsi, Azərbaycanın Fələstin probleminə münasibətdə daim beynəlxalq hüquqa söykənməsi (Prezidentin köməkçisi Hikmət Hacıyevin bununla bağlı açıqlamarı əsasında) fonunda mövzunun şərhi.