SABAH BAKIDA 29 DƏRƏCƏ İSTİ OLACAQ

Milli Hidrometeorologiya Xidməti mayın 23-nə gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Xidmətdən bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 15-17, gündüz 24-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 26-31, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.