BUDAPEŞTDƏ PREZİDENT İLHAM ƏLİYEVİN MACARISTANIN BAŞ NAZİRİ İLƏ MƏHDUD TƏRKİBDƏ GÖRÜŞÜ OLUB

Mayın 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud tərkibdə görüşü olub.

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycan Prezidenti və Macarıstanın Baş naziri birgə foto çəkdiriblər.