
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Prezident İlham Əliyevin Macarıstana səfəri.
Dövlət başçısının Budapeştə səfəri fonunda ölkələrimizin ikitərəfli əlaqələlərinə, Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxtərəfli əməkdaşlığına dair təhlil.
2. Dövlət başçısı İlham Əliyevin BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – “GlobE Network”un altıncı plenar iclasının iştirakçılarına müraciəti.
Dövlət başçısının işğal olunmuş ərazilərdə illər ərzində resursların qanunsuz istismarı, genişmiqyaslı korrupsiya və infrastrukturun məqsədli şəkildə dağıdılması ilə bağlı fikirləri fonunda təhlil.
3. Rusiya və Ukrayna arasında gözlənilən sülh.
Mövzunun ABŞ Prezidenti donald Trampın Rusiya dövlət başçısı Vladimir Putin, Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışlqları və onun nəticələri kontekstində şərhi.
4. Ermənistanda ictimai-siyasi vəziyyətin gərginləşməsi.
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın son açıqlamaları, radikal müxalifətin yenidən fəallaşması və xaricdən gələn sifarişi yerinə yetirməsi fonunda mövzunun şərhi.
5. Azərbaycan və İsrail arasında hərbi əməkdaşlığın dərinləşməsi.
Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyətinin İsrailə səfəri fonunda mövzunun şərhi.