
Bu gün Günəşdə güclü, lakin təhlükəli olmayan “M” kateqoriyalı partlayış baş verib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyasının saytında məlumat dərc olunub.
“19 may Moskva vaxtı ilə 11:21-də (Bakı vaxtı ilə 12:21) rentqen diapazonunda 13 dəqiqə davamlı M3.2 partlayışı qeydə alınıb”, – məlumatda qeyd olunur.
Partlayış Yer üçün təhlükə yaratmır.
“Yerə təsir baxımından proqnoz mənfidir – ötən dəfə olduğu kimi, fəallıq Günəşin ən kənar hissəsində alovlanır və buradan Yerə yalnız super sıçrayış çata bilər. Hələlik isə (Yerə görünməyən) fəal sahənin həftənin ikinci yarısına qədər adi hadisələrlə Yerə təsir göstərə biləcəyi ehtimalı çox azdır”, – məlumatda deyilir.
Günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinifə bölünür: A, B, C, M və X. Minimal A0.0 sinfi Yer orbitində kvadratmetr başına 10 nanovatlıq şüalanma gücünə uyğundur. Növbəti hərfə keçdikdə güc 10 dəfə artır.