GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycan-Avropa əlaqələri arasında yeni mərhələ

Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısında Azərbaycan liderinin iştirakı, burada ölkəmizə xüsusi ehtiram göstərilməsi fonunda Azərbaycan-Avropa əlaqələri arasında yeni mərhələnın başlanması kontekstində mövzunun şərhi.
2. Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Qeyri-rəsmi Zirvəsi

Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının bu il mayın 20 və 21-də Budapeştdə keçiriləcək qeyri-rəsmi Zirvə görüşü fonunda sözügedən qurumun mühüm geosiyasi aktora çevrilməsi fonunda mövzunun şərhi.

3 Zəngəzur dəhlizinin reallaşması perspektivləri.

Mövzunun Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlunun Zəngəzur dəhlizi layihəsinin 3-4 il ərzində həyata keçiriləcəyini bildirməsi fonunda şərhi.

4. Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətinin İrana səfəri

Azərbaycan Respulikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri fonunda ikitərəfli münasibətlərdəki gərginliyin azalmasına və dinamikliyin artımına dair təhil.

5. Azərbaycan-Qazaxıstan əlaqələrinin strateji müttəfiqlik istiqamətində inkişafı

İki ölkənin dövlət başçılarının telefon danışığı və aparılan müzakirələr fonunda mövcud əlaqələrin inkişaf perspektivləri ilə bağlı şərhlər.