GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Prezident İlham Əliyevin Albaniyada keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirakı

Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirak edərək Azərbaycanın regional siyasətdəki mövqeyini və enerji təhlükəsizliyindəki rolunu bir daha beynəlxalq ictimaiyyətə təqdim edəcək. Sammit çərçivəsində keçirilən görüşlərdə Azərbaycan–Avropa İttifaqı münasibətləri, Cənubi Qafqazda post-münaqişə dövründə sülh gündəliyi və enerji əməkdaşlığı məsələlərinin müzakirəsi gözlənilir.

2. Avropa Siyasi Birliyinin Praqa sammitində Azərbaycanın əldə etdiyi diplomatik nailiyyət

2022-ci ilin oktyabrında Praqada keçirilən Avropa Siyasi Birliyinin ilk sammitində Azərbaycan diplomatik baxımdan mühüm irəliləyişə nail oldu. Ermənistanla ilkin sülh razılaşmasına dair mühüm razılaşmalar əldə edildi. Sammit çərçivəsində ilk dəfə olaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipləri Avropa liderləri tərəfindən açıq şəkildə dəstəkləndi.

3. İstanbulda keçirilən Rusiya–Ukrayna danışıqları

Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqlar müharibənin diplomatik yolla həllinə dair cəhdlərdən biridir. Bu danışıqlar tərəflər arasında birbaşa təmasların mümkünlüyünü göstərərək Türkiyənin vasitəçilik rolu və regional sabitliyə töhfəsini ön plana çıxarır.

4. Albaniyanın enerji təhlükəsziliyinin təmin edilməsində Azərbaycanın rolu

Albaniya 2026-cı ildə Azərbaycandan təbii qaz idxalına başlamağa hazırlaşır. Bu, sözügedən ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu artıracaq

5. Azərbaycan-Pakistan qardaşlıq münasibətlərinin inkişafı

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəngi, Hindistanın ölkəsinə qarşı hərbi hücumları və atəşkəsin əldə olunduğu haqqında məlumat verməsi, baş vermiş böhran zamanı Azərbaycanın göstərdiyi diplomatik, siyasi dəstəyə və Pakistan xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə etməsi ölkəmizin qardaşlıq münasibətinin rəsmi İslamabad üçün mühüm əhəmiyyət kəsb etdiyini, iki ölkə arasında əlaqələrin daha da dərinləşdiyini göstərir.