MƏRKƏZİ BANK QƏTƏRİN MALİYYƏ BAZARLARI ÜZRƏ NƏZARƏT QURUMU İLƏ ƏMƏKDAŞLIQ İMKANLARINI MÜZAKİRƏ EDİB

Mərkəzi Bankın sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının (IOSCO) Qətərin paytaxtı Dohada keçirilən 50-ci İllik Toplantısında iştirak edib.

Mərkəzi Bankdan bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Qətərin Maliyyə Bazarları üzrə Nəzarət Qurumunun rəhbəri Tami Bin Əhməd əl-Binali ilə görüşüb.

Görüşdə hər iki qurumun kapital bazarları üzrə inkişaf strategiyası, IOSCO çərçivəsində birgə əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparılıb.