CEYHUN BAYRAMOV BƏHREYNLİ HƏMKARI İLƏ İQTİSADİ ƏMƏKDAŞLIQ MEXANİZMİNİN YARADILMASINI MÜZAKİRƏ EDİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əlzəyani ilə görüşüb.

Bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, Azərbaycan və Əbdüllətif bin Rəşid Əlzayani arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətini nəzərdən keçirmək və müzakirə etmək və iki ölkə arasında gələcək əməkdaşlığı araşdırmaq məqsədilə geniş tərkibdə görüş keçirilib.

Müzakirələr siyasi dialoq, ticarət-iqtisadi əməkdaşlıq və humanitar təşəbbüslər də daxil olmaqla geniş sahələri əhatə edib.

Hər iki tərəf yüksək səviyyəli qarşılıqlı səfərlər, müntəzəm siyasi məsləhətləşmələr və strukturlaşdırılmış iqtisadi əməkdaşlıq mexanizminin yaradılması vasitəsilə qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) kimi regional və beynəlxalq platformalarda davamlı qarşılıqlı dəstək və həmrəyliyə sadiq olduqlarını bir daha təsdiq ediblər.

Nazir V.Bayramov bəhreynli həmkarına regionda münaqişədən sonra aparılan yenidənqurma və bərpa işlərinin, o cümlədən, minalardan təmizləmə əməliyyatlarının gedişi və davamlı sülhün yaradılmasına yönəlmiş səylər barədə məlumat verib.

Ceyhun Bayramov bəhreynli həmkarı ilə iqtisadi əməkdaşlıq mexanizminin yaradılmasını müzakirə edib (FOTO)