GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycan-Vyetnam əlaqələrinin inkişafı.

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri çərçivəsində görüşlər, imzalanan sənədlər kontekstində mövzunun şərhi.

2. Azərbaycanın qətiyyətli xarici siyasəti, geosiyasi təhdidlərə adekvat münasibəti.

Prezident İlham Əliyevin Moskvada keçirilən hərbi paradda iştirak etməyəcəyi barədə məlumatlar fonunda ölkə rəhbərliyinin Rusiyanın son aylarda müttəfiqlik münasibətlərinə adekvat olmayan davramışlarına (AZAL-ın təyyarəsinin vurulması ilə istintaqın aparılmaması, Azərbaycanın deputatın Rusiya ərazisinə buraxılmaması), milli maraqlarımızın nəzərə alınmamasına adekvat reaksiya verməsinə dair təhlil.  

3. Ermənistanın bu il də Azərbaycanla sülh müqaviləsinin imzalanmasından imtina etməsi.

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyanın ölkənin konstitusiyasının yeni mətninin 10 aya hazır olacağını bildirməsi fonunda Azərbaycanla sülh mqaviləsinin bu il də imzalanmayacağı, İrəvanın prosesi qəsdən uzatması kontekstində mövzunun şərhi.

4. Fransanın Azərbaycana qarşı qərəzli davranışlarını davam etdirməsi.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın bu ölkədə Qələbə günü ilə bağlı keçirilən tədbirə dəvət olunmaması fonunda rəsmi Parisin ölkəmizə qarşı diplomaik etiket normalarını pozması və diskriminsiya siyasətini davam etdirməsi barədə şərh.    

5. Azərbaycanın ərəb dünyasında mövqeyinin güclənməsi.

Mövzunun Milli Məclisin sədri Sahibə Qafarovanın Birləşmiş Ərəb Əmirliklərində, xarici işlər naziri Ceyhun Bayramovun İraq keçirdikləri görüşlər, apardıqları danışıqlar fonunda şərhi.