
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1.Azərbaycan-Belarus əlaqələrinin inkişafı.
Belarusun Baş naziri Aleksandr Turçinin ölkəmizə səfəri, keçirdiyi görüşlər, əldə edilən razılıqlar fonunda mövzunun şərhi.
2. Hindistan-Pakistan gərginliyi
Mövzunun Hindistanın Pakistanla gərginliyi bilərəkdən kəskinləşdirməsi, yeni savaşa çalışması kontekstində şərhi.
3. Rusiya-Ermənistan münasibətlərində ziddiyyətlərin dərinləşməsi.
Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin keçmiş prezidenti Robert Köçəryanı Rusiyanın casusu olmaqda ittiham etməsi, Moskvanı İrəvana qarşı hibdid müharibə aparmaqda ittiham etməsi fonunda mövzunun şərhi.
4. Azərbaycanın Avropaya yaşıl enerji ixracına dair.
Macarıstanın Azərbaycandakı səfiri Tamaş Tormanın hazırda ölkələrimiz arasında bərpaolunan enerji sahəsində ən böyük layihənin “yaşıl enerji dəhlizi” olmasını xüsusi vurğulaması, Avropa ölkələri ilə bu istiqamətdə əməkdaşlığın perspektivləri ilə əlaqədar şərh.
5. Rusiyanın müəyyən rəsmi dairələrinin ikitərəfli münasibətlərə xələl gətirən, müttəfiqlik müqaviləsinin mahiyyəti ilə ziddiyyət təşkil edən destruktiv addımları.
Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Moskvada saxlanılması və məcburi geriyə qaytarılmasının ikitərəfli münasibətlərin xarakterinə və diplomatik etikaya zidd addım olması barədə təhlil.