GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycan Prezidenti İlham Əliyevin Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşü

Azərbaycanın tolerant və multikultural dövlət olması, ölkəmizdə bütün səmavi dinlərə və dini icmalarında dövlət qayğısının mövcudluğu ilə bağlı şərhlər.

2. Azərbaycan-Suriya münasibətlərinin inkişafı.

Azərbaycan və yeni Suriya hökuməti arasında intensivləşən təmaslar, Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin Suriyada səfəri kontekstində mövzunun şərhi.

3. Ermənistanın müharibə cinayətlərinin ifşası.

Mövzunun Şuşa və Xocalıda aşkar olunmuş yeni kütləvi məzarlıqlar fonunda şərhi

4. Neft qiymətləri və Azərbaycan iqtisadiyyatı

Dünya bazarlarında neftin ucuzlaşmasının, OPEC+un səkkiz üzv ölkəsinin iyun ayından etibarən gündəlik neft hasilatı 411 min barrel artırmaq qərarının hasilatçı ölkələrə, o cümlədən Azərbaycana mümkün təsiri, ölkəmizdə qeyri-neft sektorunun inkişafının itkiləri tədricən kompensasiya etməsi fonunda mövzunun şərhi.

5. Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin Azərbaycana səfəri

Ölkələrimiz arasında münasibətlərin strareji müstəvidə inkişafı ilə bağlı təhlillər.