AZƏRBAYCAN CÜDOÇULARI DÜŞƏNBƏDƏ KEÇİRİLƏN BÖYÜK DƏBİLQƏ TURNİRİNDƏ İKİNCİ YERİ TUTUBLAR

Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turniri yekunlaşıb.

Azərbaycan cüdoçuları yarışda uğurla çıxış edərək 2 qızıl və 2 gümüş medal qazanıblar.

Bu nəticə ilə milli komandamız 27 ölkə arasında ümumi komanda hesabında ikinci yeri tutub.

Turnirin qalibi isə 11 medal, o cümlədən 4 qızıl medal qazanan ev sahibi Tacikistan olub.