
Kamran Bayram oğlu Əliyev Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Kamran Əliyev 2020-ci il mayın 1-də Prezident İlham Əliyevin Sərəncamı ilə Baş prokuror təyin edilib. Onun səlahiyyət müddəti 2025-ci il mayın 1-də başa çatmışdı.