
Xocalıda daha bir kütləvi məzarlıq aşkarlanıb.
Kütləvi məzarlıq qazıntı işləri aparılarkən aşkar edilib.
Əsgəran- Xocalı yolunun üstündə aşkarlanan bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb.
Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar.
Aşkar edilən insan sümüklərində zorakılıq əlamətləri açıq-aydın müşahidə edilir.