
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Regionların iqtisadi inkişafı tədbirləri
Mövzunun Prezident İlham Əliyevin Qusar və Sumqayıta səfəri kontekstində şərhi.
2. Azərbaycan-İsrail əlaqələri
İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana gözlənilən səfəri, bu səfərin əhəmiyyəti, iki ölkə arasında mövcud əlaqələrin daha da inkişafı istiqamətində geniş təhlili
3. Azərbaycan-İran əlaqələrinin inkişafının Ermənistana təsiri
İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri və bu səfərin Azərbaycan-İran əlaqələrinin daha da inkişaf etməsindən Ermənistanın narahat olması fonunda şərhlər və təhlili yazıların hazırlanması.
4. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Kris Smitin sədrliyi ilə Konqresin İnsan Hüquqları üzrə Tom Lantos Komissiyasında Azərbaycanda insan hüquqları, eləcə də separatçıların Bakıda keçirilən məhkəməsi ilə bağlı səsləndirilən qərəzli iddialar.
Ermənipərəst Kris Smitin başladığı bu kampaniyanın Azərbaycana uğursuz təzyiq və ölkəmizin daxili işlərinə kobud müdaxilə cəhdi olması, erməniəsilli şəxslərin məhkəməsinin beynəlxalq konvensiyalara və qanunlara uyğunluğu barədə şərhlər.
5. ABŞ-la Çin arasında idxal tarifləri ilə bağlı danışıqlar.
Mövzunun qarşılıqlı gömrük rüsumlarının azaldılması istiqamətində aparılan danışıqların mümkün nəticələrinin, tarif qarşıdurmasının aradan qaldırılmasının təhlili.