
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveytə səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Abdulla Əli Əl-Yəhya ilə geniş tərkibdə görüşü olub.
Bu barədə XİN-in “X” sosial şəbəkəsindəki paylaşımda bildirilir.
Görüş zamanı siyasi, iqtisadi-ticarət, enerji, nəqliyyat-kommunikasiya, ikitərəfli və çoxtərəfli əməkdaşlığın humanitar aspektləri, Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclasının əhəmiyyəti vurğulanıb.
Ceyhun Bayramov münaqişədən sonrakı regional vəziyyət, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri barədə də məlumat verib.