
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Qərbdə müəyyən məkrli dairələrin anti-Azərbaycan kampaniyasını davam etdirməsi
Mövzunun Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flahertinin əsassız açıqlamaları, “Amnesty International” təşkilatının ölkəmizə yenə qərəzli yanaşması fonunda şərhi.
2. Qlobal Cənub QHT Platformasının dünyada rolu
Mövzunun Bakıda yaradılan Qlobal Cənub QHT Platformasının Qlobal Cənubda təmsil olunan yüz milyonlarla insanın beynəlxalq təşkilatlarda, dünya ictimaiyyətində səsinə çevriləcəyi kontekstində şərhi
3. Pakistan-Hindistan münaqişəsi.
Pakistanın sülh üçün bütün cəhdlərinə baxmayaraq, Hindistanın məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirmək, müharibəyə başlamaqda maraqlı olması, bunun sözügedən ölkədə hakimi partiyanın üzləşdiyi problemlərlə də əlaqəli olması fonunda şərhi.
4. Azərbaycan-İran münasibətlərinin normallaşının Ermənistanın Zəngəzur Dəhlizi ilə bağlı mövqeyinə mümkün təsirləri
Azərbaycanın İranla münasibətlərindəki gərginliyin aradan qalxması, münasibətlərin inkişafı fonunda Ermənistanın Zəngəzur Dəhlizi məsələsində daha konstruktiv mövqe tutmağa məcbur olacağı ilə bağlı təhlil.
5. Separatçı-revanşist qüvvələrin İrəvanda müxtəlif tədbirlər keçirməsi, erməniəsilli şəxsərin Bakıda keçirilən ədalət məhkəməsi ilə əlaqədar qərəzli kampaniya aparması
Tarixin arxivinə gömülmüş separatçı rejimin İrəvandakı qeyri-qanuni “nümayəndəliyi”nin ofisinin hələ də fəaliyyət göstərməsinin, onların Azərbaycan əleyhinə əsassız ittihamlar səsləndirmələrinin iki ölkə arasında sülh və etimad quruculuğuna mənfi təsirlərinə dair təhlillər.